Mohamed Salah 2017-ci ilin ən yaxşısıdır

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb. SportLine.az xəbər verir ki, Misir seçməsinin və "Liverpul"un üzvü Mohamed Salah "ən yaxşı" adına sahib çıxıb. 

M.Salah federasiya və baş məşqçilərin iştirakı ilə keçirilən səsvermədə qabonlu Pyer-Emerik Obameyanq və seneqallı Sadio Maneni üstələyib.

Mükafatlandırma mərasimi Qananın paytaxtı Akrada təşkil edilib.