Morata "Milan"da?

Növbəti mövsüm Avropa Liqasında çıxış edəcək "Milan" heyətini gücləndirməkdə davam edir. SportLine.az "Gazetta dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" bu dəfə Madrid "Real"ının hücumçusu Alvaro Morata ilə razılığa gəlib. 

Məlumata görə, İtaliya klubu futbolçunun keçidi üçün La Liqa təmsilçisinə 60 milyon avro ödəyəcək. A.Morata isə ilinə 7.5 milyon avro qazanacaq.

Qeyd edək ki, futbolçunun xidmətində "Çelsi" və "Mançester Yunayted" də maraqlı idi.