Moskva "Spartak"ı baş məşqçini yola saldı

Moskva "Spartak”ı baş məşqçi Massimo Karrera ilə yolları ayırıb. 

Sportline.az sport-express.ru-ya istinadən xəbər verir ki, klubun direktorlar şurası komandanın bu mövsüm qeyri-qənaətbəxş çıxışı səbəbindən 54 yaşlı mütəxəssisi istefaya göndərib. Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Raul Riançoya həvalə olunub.

Qeyd edək ki, "Spartak" 11 oyundan 18 xalla Rusiya Premyer Liqasının yarış cədvəlində 7-cidir.

Xatırladaq ki, italiyalı mütəxəssis 2016-cı ilin avqustundan "Spartak”ı çalışdırırdı. Paytaxt təmsilçisi onun rəhbərliyi altında  2016/2017 mövsümündə Rusiya çempionu olub və ölkə superkubokunu qazanıb.