Mourinyo Avstriya - Rusiya oyununu niyə izləyib?

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun Avstriya və Rusiya milliləri arasında keçirilən yoldaşlıq görüşünü izləməsinin səbəbi müəyyənləşib. SportLine.az "Sky Sports"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Marko Arnautoviçin çıxışını canlı baxmaq üçün sözügedən oyuna yollanıb.

J.Mourinyonun Avstriya millisinin üzvünü komandasında görmək istədiyi bildirilir. Məlumata görə, 28 yaşlı hücumçunun məxsus olduğu "Aston Villa" futbolçunun keçidi üçün "qırmızı şeytanlar"dan 50 milyon funt-sterlinq məbləğində təzminat haqqı tələb edir. 

Qeyd edək ki, 2017-ci ildən "Aston Villa"nın şərəfini qoruyur.