Mourinyo Perişiçi istəyir

Növbəti mövsüm çempionluğu hədəfləyən "Mançester Yunayted" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. SportLine.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" indi də "İnter"in futbolçusu İvan Perişiçə elçi düşüb.

Baş məşqçi Joze Mourinyo komandanın ABŞ səfərindən öncə yarımmüdafiəçinin keçidini həll etmək niyyətindədir. 

Qeyd edək ki, 28 yaşlı futbolçu 2015-ci ildən Milan klubunun şərəfini qoruyur.