Mourinyonun 10 saniyəlik mətbuat konfransı

"Mançester Yunayted" - "Kristal Pelas" (2:0) matçından sonra maraqlı hadisə yaşanıb. SportLine.az xəbər verir ki, konfrans zalına daxil olan "qırmızı şeytanlar"ın baş məşqçisi - Joze Mourinyo 10 saniyə sonra məkanı tərk edib. Mətbuat katibi jurnalistlərdən sualın olub-olmadığını soruşub. Jurnalistlərdən cavab gəlmədiyini görən J.Mourinyo "hələlik" deyərək gedib.