"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük" - Diyeqo Simeone

"Çox çətin mövsümün şahidi olduq. Belə mübarizənin yekununda çempion olduğumuza görə sevinirəm". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone "Marsel"lə final görüşündən sonra deyib.

Onun sözlərinə görə, komandası bu səviyyəyə gəlib çatmaq üçün çox çalışıb: "Mövsüm ərzində çox əziyyət çəkdik, çalışdıq. "Arsenal"la yarımfinal görüşündə əsl gücümüzü göstərdik. Bu gün isə finalda qələbə qazandıq və mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini gördük".

Qeyd edək ki, "Atletiko" final görüşündə "Marsel"ə 3:0 hesabı ilə qalib gəlib.