Mövsümün bombardiri müəyyənləşdi

Futbol üzrə Azərbaycan birinci divizionunda 2016/2017-ci illər mövsümünün bombardiri müəyyənləşib.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, mövsümün ən sərrast oyunçusu “Zaqatala” klubunun üzvü Oruc Balaşlıdır.

O. Balaşlı mövsüm ərzində 27 qol vurmağa müvəffəq olub.