Muarem Muarem "Qarabağ"ın düşərgəsində

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Ağdam klubunun düşərgəsinə baş çəkib.

SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. O, sabiq komanda yoldaşları ilə görüşüb.

Qeyd edək ki, M.Muarem hzırda Albaniyanın “Flamurtari” klubunda oynayır. O, 2012-2015 və 2016-2017-ci illərdə "köhlən atlar"ın şərəfini qoruyub.