Nani "Qarabağ"a qarşı oynaya biləcək?

UEFA Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq "Sportinq" oyun ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib. SportLine.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Lissabon təmsilçisi Nani və Bas Dostun xidmətindən məhrum olub.

Zədədən əziyyət çəkən futbolçuların "Qarabağ"la görüşə çıxıb-çıxmayacaqları sual altındadır.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" matçı sentyabrın 20-də Joze Alvelade Arenasında keçiriləcək.