Nazarov komandasına kömək edə bilmədi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" təim-məşq toplanışı çərçivəsində yoxlama görüşünə çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Rot-Vays Erfurt" kollektici olub.

Qarşılaşmanın taleyini bir qol həll edib. Nikola Rappın 76-cı dəqiqədə öz qapısına vurduğu qol yekun hesabı müəyyənləşdirib.

D.Nazarov fasilədən sonra  Albert Bunyakunun əvəzinə meydana daxil olub.