Nazarov komandasına kömək edə bilmədi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Bohum" kollektivi olub.

Səfərdə keçirilən görüş Aue təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

D.Nazarov meydana start heyətində daxil olub və 84 dəqiqə mübarizə aparıb.

"Ertsqebirge Aue" 39 xalla 13-cü pillənin sahibidir.

Standings provided by Sofascore LiveScore