Nazarov oynadı, komandası 1 xalla kifayətləndi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Drezden "Dinamo"su olub.

Görüşdə qalib müəyyənləşməyib - 1:1.

D.Nazarov meydana 75-ci dəqiqədə daxil olub.

Qeyd edək ki, bu nəticə ilə "Ertsqebirge Aue" 10 xalla 11-ci pillədə qərarlaşıb.