Nazarov oynadı, komandası 3 xal qazandı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Erstqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Sankt Pauli" kollektivi olub.

Qarşılaşma Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov start heyətində meydana daxil olub və 76-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, aktivində 39 xalı olan "Erstqebirge Aue" 8-ci pillədə qərarlaşıb.

Standings provided by Sofascore LiveScore