Nazarov oynadı, komandası Bundesliqa klubuna qalib gəldi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Bundesliqa təmsilçisi "Şalke" olub.

Qarşılaşma "Ertsqebirge Aue"nin qələbəsi ilə yekunlaşıb - 1:0.

D.Nazarov bu oyuna start heyətində başlayıb.