Nazarov oynadı, komandası məğlubiyyətlə başladı

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında mövsümün ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Yunion Berlin" kollektivi olub.

Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb:

"Yunion Berlin" - "Ertsqebirge Aue" - 1:0
QOL:
Feliks Kroos, 87 (1:0)

D.Nazarov meydana start heyətində daxil olub və 86-cı dəqiqədə əvəzlənib.