Nazarov oynadı, komandası qələbəni əldən verdi

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Haydenhaym” kollektivi olub. 

Qarşılaşma bərabərliklə yekunlaşıb - 1:1. Aue təmsilçisi əsas vaxta əlavə edilən dəqiqələrdə 3 xalı əldən verib.

D.Nazarov 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, hazırda aktivində 23 xalı olan "Ertsqebirge Aue" 12-ci pillədə qərarlaşıb.