Nazarov oynadı, komandası uduzdu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqenirge Aue" İspaniya toplanışı çərçivəsində növbəti görüşünü keçirib. SportLine.az xəbər verir ki, rəqib Belçikanın "Oostende" kollektivi olub.

Qarışlaşma belçikalıların qələbəsi ilə yekunlaşıb - 2:0.

D.Nazarov oyuna start heyətində daxil olub.