Nazarovun komandası II Bundesliqada yerini qorudu

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında yerini qoruyub.

SportLine.az xəbər verir ki, "Karlsrue" ilə düşmə qrupunda keçirilən cavab görüşündə Aue təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

D.Nazarov 71-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə hesab açılmamışdı.