Nazarovun vurduğu qol

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Holştayn Kil" kollektivi olub. 

Matç Aue təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

D.Nazarov 86-cı dəqiqədə meydana daxil olub və 5 dəqiqə sonra komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, 9 oyundan sonra hesabında 10 xal olan "Ertsqebirge Aue" 13-cü pillədə qərarlaşıb.