Nazim Süleymanov: "Favoritlər çoxdur, amma..."

Tanınmış futbol veteranı, "Sumqayıt" klubunun baş məşqçisi Nazim Süleymanov qarşıdakı Dünya çempionatı ilə bağlı mülahizələrini Sportline.az saytı ilə bölüşüb: "Favoritlər çoxdur.  İspaniya, Portuqaliya, Argentina kimi güclü komandalar var. Amma, üstünlüyü Almaniya seçməsinə verərdim".

Nazim Süleymanov mundialda hansı komandaya azarkeşlik edəcəyini də açıqlayıb: "Vaxtı ilə, Rusiyada oynadığım üçün, baş məşqçi Stanislav Çerçesov, həmçinin futbolçuları tanıdığım üçün, bu komandaya azarkeşlik edəcəm". 

Qeyd edək ki, Dünya çempionatına iyunun 14-də Rusiya - Səudiyyə Ərəbistanı matçı ilə start veriləcək.