"Nefçi" AFFA-ya müraciət etdi

"Neftçi" Topaz Premyer Liqanın 24-cü turunun "Qəbələ" ilə oyununda meydandan qovulan Emin Mahmudovla bağlı AFFA-ya müraciət edib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi görüşün 63-cü dəqiqəsində yarımmüdafiəçiyə göstərilən 2-ci sarı vərəqənin ləğv olunması üçün apellyasiya şikayəti verib.

Qeyd edək ki, "Qəbələ" ilə oyunun 19-cu dəqiqəsində ilk xəbərdarlığını alan Mahmudov ikinci hissənin ortalarında rəqib komandanın hücumçusu Baqali Daboyla ikili mübarizə zamanı matçın baş hakimi İnqilab Məmmədov tərəfindən 2-ci dəfə sarı vərəqə ilə cəzalandırılaraq, meydandan qovulub.