"Neftçi" 2 futbolçu ilə müqavilə yenilədi

"Neftçi” iki futbolçusu ilə müqavilənin müddətini artırıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, çilili İqnasio Errera və fransalı Uqo Barqas mövsümün sonunadək “ağ-qaralar”ın uğurları üçün çalışacaq.

Hər iki futbolçu ilə anlaşma bu gün imzalanıb. Həm Errera, həm də Barqasla bundan əvvəl bağlanmış müqavilənin müddəti bu ilin dekabrda sona çatırdı.