"Neftçi" daha bir itki ilə üzləşib

"Neftçi" komandası, növbəti turda daha bir futbolçunun xidmətindən yararlana bilməyəcək.

Sportline.az xəbər verir ki, söhbət müdafiəçi İlkin Qırtımovdan gedir. 

O, ötən tur "Sumqayıt"la oyunda 7-ci vərəqəsini alıb ki, bunlardan biri qırmızı, ikisi isə buna səbəb olan sarılardır. Həmin görüşün cəzasını çəkmiş Qırtımov digər vərəqələrdə 4-ə çatdığı üçün  "Zirə"yə qarşı oynaya bilməyəcək.

Qeyd edək ki, "Neftçi"nin digər futbolçusu Rəşad Sadiqov "Sumqayıt"la oyunda qırmızı vərəqə alıb.