"Neftçi" daha bir transfer reallaşdırdı

“Neftçi” baxışa dəvət etdiyi Ramon Kardoso ilə bağlı qərarını verib. Bu barədə xəbəri Paraqvay mətbuatı yayıb. Bildirilir ki, Kardosonun Rusiya klubu “Tosno” ilə (2:2) yoxlama görüşündəki çıxışı məşqçilər korpusunu razı salıb. Baş məşqçi Elxan Abdullayev bu oyunda komandasının ilk qolunu vuran 31 yaşlı forvardın “Neftçi”də qalmasını qərara alıb. Paraqvaylı həmkarlarımız Kardosonun artıq “ağ-qaralar”la rəsmi müqavilə imzaladığını da açıqlayıblar. Razılaşmaya əsasən, Paraqvay yığmasının sabiq üzvü qarşıdakı 1 ili bakılıların heyətində keçirəcək. Qeyd edək ki, Ramon Kardoso “Neftçi”yə ölkəsinin “Deportivo Kapiata” klubundan gəlib. (apasport)