"Neftçi" heyətinə 16 yaşlı futbolçu cəlb etdi

"Neftçi” Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində qarşılaşacağı "Kəpəz”lə oyunun hazırlığına başlayıb.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Səbail" üzərində 4:0 hesablı qələbədən sonra ilk məşq Bakı təmsilçisinin bazasındakı meydanda olub. Hazırlıq prosesində "Neftçi"nin U-17 komandasının üzvü, 16 yaşlı Orxan Fərəcov da iştirak edib.