"Neftçi" legioneri ilə yolları ayırıb

"Neftçi"nin çilili forvardı İqnasio Errera komandandan ayrılır.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu bu haqda şəxsi "İnstagram" hesabından məlumat verib. Cənubi amerikalı oyunçu "Birlikdə gözəl vaxt keçirdik, hər şey üçün təşəkkürlər. Çox sağ olun" yazıb.

Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından "Neftçi"nin şərəfini qoruyurdu.