“Neftçi” liderliyə yüksəldi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında V turun oyunlarına start verilib.

SportLine.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş turun ilk oyununda "Yasamal” FK və "Liman” komandaları qarşılaşıb. Əsasını legionerlər təşkil edilən komandaların duelindən Yüksək Liqanın təcrübəli komandası "Yasamal” FK qalib ayrılıb.

Günün ikinci matçında isə "Neftçi" EKOL-u 1:0 hesabı ilə məğlub edib. Hələ ki xal itirməyən "Neftçi” İK isə zirvəyə yüksəlib.

Tura oktyabrın 19-da "Xəzər Cənub” – "Yasamal” İSK dueli ilə yekun vurulacaq.

Yasamal FK – Liman 6:0 (3:0)
Qollar:
S. Jamali, 05:15, 18:13, S. Cavid, 12:05, H. Reza Bakhshi, 27:00, S. Amini, 31:18, T. Lətifov, 39:40

EKOL  – Neftçi İK İB  0:1 (0:1)
Qol:
H. Abdollahi, 18:36