"Neftçi" Budapeştdə darmadağın oldu

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən "Neftçi" cavab oyununa səfərdə çıxacaq. Rəqib Macarıstanın "Uypeşt" kollektivi olacaq.

Doğma meydanda azarkeşlərini sevindirən "ağ-qaralar" ümumi nəticədəki üstünlüyü səfərdə qorumağa çalışacaq. Səfərdə minimal hesablı məğlubiyyət də "Neftçi"nin mərhələ adlamasına mane olmayacaq.

Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarışlaşmanı Yunanıstandan İoannis Papadopulos idarə edəcək.


19 iyul 2018
Avropa Liqası
I təsnifat mərhələsi (cavab oyunu)

“Uypeşt” (Macarıstan) – “Neftçi” (Azərbaycan) - 4:0
QOLLAR:
Robert Litauzki, 19 (1:0); Boyan Sankoviç, 22 (2:0); Donat Joter, 50 (3:0); Obinna Emmanuel Nvobodo, 66 (4:0)

Baş hakim: İoannis Papadopulos
Baş hakimin köməkçiləri: Trifon Petropulos, Vasilios Kamburis
Dördüncü hakim: Angelos Evangelou (hamısı Yunanıstan)
Hakim-inspektor: Bernardino Qonzalez Vazkes (İspaniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)
Budapeşt. Şuşa Ferens stadionu
İlk oyun – 1:3