"Neftçi" - "Qarabağ: Biletlər satışda

Topaz Premyer Liqasının XX turunun "Neftçi” – "Qarabağ” matçının biletləri satışa çıxarılıb. 

Sportline.az xəbər verir ki, qiymət VİP yerlərə 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir. Biletləri "Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, martın 14-də "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.