"Neftçi" "Qarabağ"la oyuna hazırlaşır

"Neftçi” klubu məşqləri bərpa edib.

SportLine.az xəbər verir ki, Topaz Premyer Liqasında 8-ci turunda "Qəbələ” ilə oyunundan sonra ikigünlük fasiləyə buraxılan komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Məşqdə zədəli Ruslan Abışovdan başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qarabağ” oyunu oktyabrın 28-i saat 17:00-da başlanacaq.