"Qəbələ" "Neftçi"ni xalsız yola salır

Bu gün Topaz Premyer Liqasında 8-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Diqqətlər, əsasən, Qəbələ şəhər stadionuna yönəlib. Burada yerli komanda "Neftçi"ni qəbul edib.

Cari mövsümdə işləri qaydasında getməyən əyalət təmsilçisi turnir cədvəlinin lideri ilə görüşdə azarkeşlərini sevindirib.

20 oktyabr 2018
TPL, 8-ci tur

"Qəbələ” – "Neftçi” - 3:1
QOLLAR: 
Ceyms Adeniyi, 14 (1:0); Stiven Monroz, 57 (2:0); Ceyms Adeniyi, 77 (3:0); Kvame Karikari, 90+4 (3:1)
QIRMIZI VƏRƏQƏ: Təmkin Xəlilzadə, 67 ("Qəbələ")

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Namiq Məstanov
Qəbələ şəhər stadionu
I dövrə - 1:2