"Neftçi" qələbə ilə başladı

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışında olan "Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb. Sportline.az xəbər verir ki, rəqib Makedoniyanın "Şkupi” komandası olub. Görüş "ağ-qaraların" məskunlaşdığı "Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub.

Matç "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 62-ci dəqiqədə Namik Ələskərov açıb. 86-cı dəqiqədə isə Mirabdula Abbasov yekun nəticəni müəyyənləşdirib. 

Qeyd edək ki, Türkiyədə təlim-məşq toplanışı zamanı "Neftçi” dörd yoxlama görüşündə gücünü sınayacaq. Komanda iyunun 28-də "Rumıniyanın "Dunarea Kalarası”, iyulun 5-də isə bu ölkənin digər təmsilçisi "Politexnika”ya qarşı oynayacaq. Daha bir rəqibimin kimliyi haqqında yaxın günlərdə məlumat veriləcək.