"Neftçi" Türkiyəyə yola düşür

Növbəti mövsümə hazırlığını davam etdirən "Neftçi” PFK bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında növbəti məşqə çıxıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, daha çox fiziki çalışmalara üstünlük verilən məşqdə komandamızın bütün oyunçuları iştirak edib.

Qeyd edək ki, bu məşq hazırlığın ilk mərhələsini yekunlaşdırdı. Sabah komandamız Türkiyənin Topuk yaylası bölgəsinə yola düşəcək. Hazırlığın ikinci hissəsi iyulun 6-na qədər davam edəcək.