"Neftçi" qələbə ilə başladı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşləri yekunlaşacaq. SportLine.az xəbər verir ki, oyun günündə Azərbaycan təmsilçiləri də meydana çıxacaq.

Bakıda keçiriləcək yeganə oyunda "Neftçi" Macarıstanın "Uypeşt" kollektivini qəbul edəcək. "Ağ-qaralar" səfərə sərfəli nəticə ilə yollanmaq, qonaqlar isə, ən azı, bərabərliyə nail olmaq niyyətindədirlər.

"Dalğa Arena"da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da səslənəcək.


12 iyul 2018
Avropa Liqası
I təsnifat mərhələsi

"Neftçi" (Azərbaycan) - "Uypeşt" (Macarıstan) - 3:1
QOLLAR:
Daniel Naqi, 9 (0:1); Baqali Dabo, 23 (1:1); Baqali Dabo, 71 (2:1); Emin Mahmudov, 90+2 (3:1)

Hakimlər: Dennis Yohan Hiqler, Yoost van Zuilen, Yohan Balder, Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)
“Dalğa Arena”, Bakı