"Neftçi" - "Zirə" matçına biletlərin qiyməti açıqlandı

Topaz Premyer Liqasının XVII turu çərçivəsində keçiriləcək "Neftçi” – "Zirə” oyununun biletləri fevralın 24-də satışa çıxarılacaq. Sportline.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri sabah "Bakcell Arena”nın kassalarından və "ağ-qaralar"ın stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür.

Qeyd edək ki, fevralın 24-də "Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.