"Neftçi" - "Zirə" matçının başlanma saatı açıqlandı

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçiriləcək "Neftçi" - "Zirə" matçının başlama saatı açıqlanıb.

SportLine.az "Zirə"nin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma fevralın 24-ü, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, oyun "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.