"Neftçi" "Zirə"yə qalib gəldi

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Neftçi" və "Zirə" yoxlama görüşündə üz-üzə gəlib. SportLine.az xəbər verir ki, qarşılaşma İsmət Qayıbosv adına stadionda keçirilib.

Dünən Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Astra” ilə heç-heçə edib, iki oyunun nəticəsinə görə mübarizəni dayandıran “Zirə”də baş məşqçi Ayxan Abbasov ötən gün meydana çıxan futbolçulara istirahət verib. "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev isə qarşılaşmada demək olar ki, ixtiyarında olan bütün futbolçuların xidmətindən istifadə edib. 

Matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.