"Neftçi" yenə qalib gələ bilmədi

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Rumıniyanın "Konkordiya" klubu olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, “Neftçi” Antalyada keçirdiyi əvvəlki yoxlama matlarında Türkiyənin “Sivasspor” (0:0) və Rusiyanın “Tosno” klubu (2:2) ilə heç-heçə edib, Özbəkistan təmsilçisi “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” klubuna (2:4) isə məğlub olub.