"Neftçi"dən yubiley heç-heçəsi

Topaz Premyer Liqasının XX turunun “Neftçi” – “Qarabağ” qarşılaşması meydan sahibləri üçün yubileylə əlamətdar olub. SportLine.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, 0:0 hesablı heç-heçə “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 80-ci ev bərabərliyidir. Bakılılar bu göstəricidə mütləq rekordçudur. “Neftçi” evdə keçirdiyi 364 matçda 232 qələbə qazanıb və 52 dəfə məğlub olub.

Qeyd edək ki, öz meydanındakı heç-heçələrin sayında 2-ci göstərici “Qarabağ”a məxsusdur – 70 heç-heçə.