"Neftçili Yay Futbol Düşərgəsi"ndə 3-cü qrup başladı

"Neftçili Yay Futbol Düşərgəsi” davam edir. SportLine.az xəbər verir ki, AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbirdə uşaqların 3-cü qrupu düşərgəyə cəlb olunub. Qeyd edək ki, 2018-ci ildə "Neftçili Yay Futbol Düşərgəsi”ndə 100-ə yaxın uşaq iştirak edib.