"Neftçi"nin 3 futbolçusu məşqi buraxdı

"Neftçi” komandası Topaz Premyer Liqasının II turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

SportLine.az xəbər verir ki, flaqman bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edib. Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.