"Neftçi"nin daha bir rəqibi məlum oldu

"Neftçi” komandasının Antalyadakı təlim-məşq toplanışında sonuncu rəqibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 30-da Makedoniya təmsilçisi "Sileks” ilə yoxlama oyununa çıxacaq. 

Qeyd edək ki, "Neftçi” Antalyadakı hazırlıq prosesi çərçivəsində yanvarın 22-də Rusiyanın "SKA-Xabarovsk”, 25-də Rumıniyanın "Konkordiya” və Bolqarıstanın "Slaviya”, 27-də isə Rusiyanın "Krılya Sovetov” klubları ilə üz-üzə gələcək. Yanvarın 14-də isə "ağ-qaralar” "Keşlə” ilə qarşılaşacaq.