"Neftçi"nin futbolçusu Avstriya klubunda

"Neftçi" ilə yollarını ayıran Elvin Bədəlovun yeni iş yeri bəlli olub. SportLine.az xəbər verir ki, futbolçu karyerasını Avstriyada davam etdirəcək. O, "Qarabağ Vyana" klubu ilə razılığa gəlib.

Klubun rəsmi Facebook səhifəsində verilən məlumata görə, E.Bədəlov bir illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, “Qarabağ Vyana” Avstriyanın Şərq Regional Liqasında çıxış edir.