"Neftçi"nin futbolçusu "Bursaspor"a keçə bilər

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər. SportLine.az olay.com saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi menecerler tərəfindən "Bursaspor"a təklif olunub.

21 yaşlı futbolçu ilə "Kayserispor"un da maraqlandığı bildirilir.

Qeyd edək ki, E.Cəfərov "Xəzər Lənkəran"ın yetirməsidir. Onun "Neftçi" ilə mövsümün sonunadək müqaviləsi var.