Neymar meydana qayıdacağı vaxtı açıqladı

"PSJ"-nin hücumçusu Neymar meydana qayıdacağı təxmini vaxtı açıqlayıb.

Sportline.az xəbər verir ki, bu haqda L'Equipe-yə danışan braziliyalı bərpa prosesinin uğurlu alınacağına ümid bəslədiyini vurğulayıb: "Bununla bağı dəqiq qrafikim yoxdur. Hər şey sağalma prosesinin gedişindən asılıdır. Təxminən mayın 17-də sıraya dönəcəyimə ümid edirəm".

Xatırladaq ki, 26 yaşlıl futbolçu "Marsel"lə oyunda (3-0) zədələnmişdi. Müayinə isə, onun ayaq sümüyündə çat və topuq əzələsində dartılma aşkarlayıb. Cari mövsümdə meydana çıxdığı 29 oyunda rəqib qapılarına 27 qol vuran Neymar, 16 məhsuldar ötürmənin də müəllifidir.