Neymar yenidən "Real"ın gündəmində

"Real" diqqətini yenidən Neymara yönəldib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" braziliyalı hücumçunun transferi üçün futbolçu ilə danışıqlara hazırlaşır. 

Bir neçə gün öncə Serxio Ramosun, "Neymarın yolunu gözləyirik. Klubun qapıları onun üzünə həmişə açıqdır", - deməsindən sonra rəhbərliyin PSJ ilə rəsmi danışıqlara başlayacağı bildirilir. Futbolçunun transferi mövsümün sonuna planlaşdırılsa da, bu müddət xüsusi razılaşma ilə 2019-cu ilin yayınadək uzadıla bilər. 

Qeyd edək ki, Neymar "Barselona"dan 222 milyon avro müqabilində transfer edilib. Onun növbəti satış qiymətinin 300 milyon avro olacağı gözlənilir.