Noyer məşqlərə başladı

Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer məşqlərə başlayıb. SportLine.az Münhen təmsilçisinin rəsmi YouTube kanalına istinadən xəbər verir ki, futbolçu fərdi məşqlər edir. 

Komandanın fiziki hazırlıq üzrə mütəxəssisləri Noyeri Rusiyada keçiriləcək Dünya çempionatınadək tam formaya salmaq niyyətindədirlər.