Nümayəndə heyətimiz Qış olimpiadasına yollanır

Fevralın 9-da Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarına start veriləcək.

Sportline.az xəbər verir ki, nümayəndə heyətimiz Cənubi Koreyaya sabah yola düşəcək.

“Ağ Olimpiada”ya yollanacaq nümayəndə heyətinə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Səfərə onunla birgə MOK-un baş katibinin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və digər şəxslər də yollanacaqlar.

Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarına 1998-ci ildən qatılır. Bu dəfəki Olimpiadada ölkəmizi slalom və böyük slalom yarışlarında Patrik Braxner təmsil edəcək. Artıq idmançımız və bir sıra rəsmi şəxslər Pxençxandı. Onlar Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimində də iştirak ediblər.