"Nur" daha bir inamlı qələbə qazandı

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir.

Sportline.az xəbər verir ki, növbəti turun oyunlarından biri paytaxtdan kənarda baş tutub. Mingəçevirin “Kür” Olimpiya İdman Mərkəzində keçirilən oyunda yerli “Nur” “İdman Akademiyası” komandasını qəbul edib. Ötən tur “Azəryol”la gərgin mübarizədən qalib ayrılan (22-20) Mingəçevir həndbolçuları “tələbələr”lə oyunda da azarkeşlərini sevindiriblər.

Gözlənildiyi kimi meydan sahiblərinin üstünlüyü ilə keçən görüş “Nur” kollektivinin xeyrinə başa çatıb - 32:16.